Məxfilik siyasəti

Son yenilənmə: 18 avqust 2026

Ümumi

Imparo sənin şəxsi məlumatına önəm verir. Bu Məxfilik siyasəti onu necə topladığımızı, istifadə etdiyimizi və paylaşdığımızı izah edir və Imparo veb-saytı, tətbiqi və əlaqəli xidmətlərinə (“Xidmət”) aiddir. Xidmətdən istifadə etməklə bu siyasətə razılıq verirsən. Məlumatını satmırıq.

1. Topladığımız məlumatlar

• Hesab: ad/istifadəçi adı, e-poçt, sinif; Google ilə girişdə provayderdən gələn profil məlumatı; • Profil: ad, avatar, öyrənmə statistikası, nailiyyətlər, dostlar/izləyicilər; • Öyrənmə: irəliləyiş, XP, seriya, zümrüd, can, cavablar, tamamlanan dərslər; • Texniki: cihaz/brauzer növü, IP ünvan, log və istifadə statistikası; • Ödəniş: Plus alınarsa ödəniş üçüncü tərəf provayder tərəfindən emal olunur — kart məlumatlarını biz saxlamırıq.

2. Məlumatdan necə istifadə edirik

• Xidməti təqdim etmək, profilini və irəliləyişini saxlamaq; • Öyrənmə məzmununu fərdiləşdirmək; • Platformanı yaxşılaşdırmaq, xətaları düzəltmək, araşdırma aparmaq; • Təhlükəsizlik və sui-istifadənin qarşısını almaq; • Səninlə vacib məlumatlar barədə əlaqə saxlamaq.

3. Kimlərlə paylaşırıq

Məlumatı satmırıq. Xidməti təmin edən etibarlı provayderlərlə paylaşırıq: • Supabase — məlumat bazası və autentifikasiya; • PostHog (Aİ-də yerləşir) — istifadə analitikası; hesabınla və sinfinlə əlaqələndirilir (tam anonim deyil), platformanı yaxşılaşdırmaq üçün istifadə olunur; • Google — istəyə bağlı “Google ilə giriş”; • Ödəniş provayderi — Imparo Plus ödənişləri. Həmçinin qanuni tələb olduqda (məhkəmə qərarı və s.) və ya təhlükə/saxtakarlığın qarşısını almaq üçün lazım olduqda paylaşa bilərik.

4. Profil və liqa

Profilin adın, avatarın və öyrənmə statistikanı göstərə bilər; dostlar bir-birini izləyə bilər. Liqa (leaderboard) həftəlik XP üzrə digər istifadəçilərlə sıralanmanı göstərir. E-poçt, telefon və parol heç vaxt profilində ictimai göstərilmir.

5. Uşaq istifadəçilər

Uşaqlar əlavə qoruma layiqdir — Imparo-nun bütün istifadəçiləri məktəblidir. Qeydiyyatda valideyn/müəllim nəzarətini təsdiqləyən bənd və könüllü valideyn e-poçtu sahəsi var. Reklam göstərmirik və məlumatı satmırıq. Liqa və profildə real ad görünür (bax bölmə 4) — bunu istəmirsənsə, adını dəyişə bilərsən. Valideyn/qəyyum kimi uşağının hesabına (onun öz girişi ilə) daxil olub Ayarlar bölməsindən məlumatını yükləyə və ya hesabı silə bilərsən; bunu edə bilmirsənsə, bizə yaz (bölmə 14) — sorğunu araşdırıb icra edərik.

6. Imparo Məktəb (müəllimlər)

Imparo Məktəb şagirdlərin virtual siniflərə qoşulmasına imkan verir. Sinfə qoşulsan, müəllim adını görə, tapşırıq verə və öyrənmə irəliləyişini (hansı dərsləri etdiyin, qazandığın XP) izləyə bilər. Yalnız tanıdığın müəllimlərin siniflərinə qoşul. İstənilən vaxt sinifdən çıxaraq müəllimin girişini ləğv edə bilərsən.

7. Kommunikasiya

E-poçtundan öyrənmə xatırlatmaları, irəliləyiş hesabatları, dost fəaliyyəti və yeni funksiyalar barədə bildirişlər göndərmək üçün istifadə edə bilərik. Zəruri olmayan mesajlardan Ayarlardan imtina edə bilərsən. Parol sıfırlama kimi zəruri mesajlar həmişə göndərilir.

8. Kukilər və lokal yaddaş

Girişi saxlamaq, seçimlərini yadda saxlamaq və təcrübəni yaxşılaşdırmaq üçün brauzerin lokal yaddaşından (localStorage) və zəruri kukilərdən istifadə edirik.

9. Saxlanma və təhlükəsizlik

Məlumatı ümumiyyətlə hesabın silinənə qədər saxlayırıq; qanuni tələb, mübahisə və ya sui-istifadənin araşdırılması üçün bəzi məlumatı daha uzun saxlaya bilərik. Anonim datanı müddətsiz saxlaya bilərik. Sənaye standartı təhlükəsizlik tədbirləri tətbiq edirik, lakin internetdə heç bir sistem 100% təhlükəsiz deyil.

10. Hüquqların

Öz məlumatına baxmaq, nüsxəsini almaq (export), düzəltmək və ya silmək; emalına etiraz etmək; razılığı geri götürmək hüququn var. Bu hüquqları həyata keçirmək və ya hesabını silmək üçün platformadakı Ayarlardan istifadə et və ya bizə yaz.

11. Məlumatın yerləşməsi və ötürülməsi

Məlumatlar bulud provayderlərimizin (məs. Supabase) serverlərində saxlanılır və emal edilir; bu serverlər sənin ölkəndən kənarda (məs. Aİ) yerləşə bilər. Xidmətdən istifadə etməklə məlumatının bu cür ötürülməsinə və saxlanmasına razılıq verirsən.

12. Üçüncü tərəf linkləri

Xidmət başqa saytlara link ehtiva edə bilər. Onların məzmununa və ya məxfilik təcrübələrinə görə cavabdeh deyilik. Bu siyasət yalnız Imparo-nun topladığı məlumata aiddir. Üçüncü tərəf sayta keçəndə həmin tərəfin siyasəti tətbiq olunur.

13. Dəyişikliklər

Bu siyasəti yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə platformada məlumat verir və aşağıda son yenilənmə tarixini göstəririk.

14. Data nəzarətçisi və əlaqə

Məlumatının nəzarətçisi Imparo-dur. Məxfiliklə bağlı istənilən sual və ya sorğu üçün: m.alakbarli2007@gmail.com və ya ichbinmahammad@gmail.com.

Sualın var? Bizə yaz: m.alakbarli2007@gmail.com